Ölkənin izsizləri Bakı idman Sarayında qələbəlik yaratdılar
Dekabrın 4-də Bakı İdman Sarayında 2009-cu ilin sonuncu əmək yarmarkası işə başlayıb.
Əmək yarmarkasında Bakı şəhərində fəaliyyət göstərən 841 iri dövlət idarə və təşkilatları, özəl müəssisələr və xarici şirkətlər tərəfindən 6564 boş (vakant) iş yeri təqdim edilmişdir. Təklif olunan vakant iş yerlərindən 5314-ü özəl sektorun payına düşür. Yarmarkada təklif olunan iş yerləri üzrə orta aylıq əmək haqqı 200 manatdan 1500 manata qədərdir.
Yarmarkanın açılış mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ayrı-ayrı pavilyonları gəzmişdir. İdarə-müəssisə və şirkətlərin nümayəndələri vətəndaşlara təklif edilən boş iş yerləri barədə nazir müavininə ətraflı məlumat veriblər. Əmək yarmarkasına dekabrın 5-də yekun vurulacaq.
Yarmarkanın keçirildiyi yerdə olan əməkdaşımızın verdiyi məlumata görə, yarmarkaya gözlənılıəndən də çox adam qatılıb. Bu da basabasın yaranmasına səbəb olub. Bundan belə nəticəyə gəlmək olar ki, ölkədə işsizlərin sayı dövlət qurumlarının verdiyi statistik rəqəmlər yanlışdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19