Avropa Şurasının nümayəndə heyəti Azərbaycana gəlir
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası dekabrın 7-də Bakıya gələcəkdir. Nümayəndə heyəti Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə tanış olacaqdır.
Səfər çərçivəsində qonaqlar hökumətin, QHT-lərin nümayəndələri, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşəcəklər.
Avropa Şurasının müşahidə missiyasına Türkiyədən olan deputat Qaya Doğanoğlu başçılıq edəcəkdir. Nümayəndə heyətinin tərkibinə Avropa Şurasının deputatları Niqel Mermaqen (Böyük Britaniya), İştvan Borbeli (Macarıstan), Dobrika Milovanoviç (Sloveniya) və Qudrin Mosler-Ternstrrem (Avstriya) daxildirlər.
Müşahidə missiyası seçkilərin gedişini izləmək üçün dekabrın 21-24-də bir daha Azərbaycana gələcəkdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51