Son dövrlər bəzi gənc müğənniyə fəxri adın verilməsi müğənni İzzət Bağırovu da dilə gətirib. Belə ki, artıq İzzət Bağırov da fəxri ad istəyir. Bu barədə ANSPRESS-ə açıqlama verən ifaçı, əməyinə laqeyid yanaşıldığını bildirib. ?Hər bir sənətçi kimi mən də fəxri ad istəyirəm. Məgər məni görmürlər? 18 ildir oxuyuram. İzzət bəziləri kimi sənətə toyxana "palatka"larından yox, Azərbaycan Dövlət Televiziyasından gəlib. Dəvət edilən bütün dövlət tədbirlərində iştirak edirəm. Elə gün olub ki, 3 dövlət konsertində iştirak etmişəm. Günüm avtomobildə keçib. Artıq maşınımda yastığım da var. Təbii ki, bir vətəndaş kimi tədbirlərdə iştirak etmək borcumdur. Amma onlar da gərək əməyimi nəzərə alsınlar?-deyə müğənni bildirib.