Bu gün Bakının bəzi yerlərinə təbii qazın verilməsi məhdudlaşdırilacaq. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Nizami rayonu B.Nuriyev küçəsindəki 310 saylı qazanxanaya gələn qaz kəmərinin mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar 03.12.2009-cu il tarixdə saat 11:00-dan 14:00-dək Nizami rayonu 8-ci kilometr qəsəbəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.