ilham Əliyev Böyük Britaniyanın keçmiz baz naziri Toni Bleri qəbul edib
Bu gün prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda səfərdə olan keçmiş baş naziri Toni Bleri qəbul edib.Böyük Britaniyanın Azərbaycanda nüfuzlu şirkətlər vasitəsilə təmsil olunduğunu deyən qonaq Azərbaycan iqtisadiyyatının dünyada ən sürətli templərlə artdığı barədə də məlumatlı olduğunu vurğulayıb.
Öz növbəsində, prezident İ. Əliyev ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini, energetika ilə başlanan əməkdaşlığın hazırda müxtəlif sahələri əhatə etdiyini bildirib. Böyük Britaniyaya son səfərini xatırlayan dövlət başçısı səfərin məhsuldar olduğunu və yaxşı nəticələr verdiyini deyib.
Azərbaycanda Böyük Britaniyanın çoxlu sayda şirkətinin fəaliyyət göstərdiyini qeyd edən prezident bunların böyük sərmayədarlar olduqlarını söyləyib.
Sonra Azərbaycan prezidenti adından Toni Blerin şərəfinə işçi nahar verilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50