Milli Məclisin növbəti iclasında ?Miqrasiya orqanlarında qulluq keçmə haqqında? Əsasnamə müzakirə ediləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə YAP-ın rəsmi saytına parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. R.Aslanova bildirib ki, Əsasnamə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.