?Melodiya? mağazalar şəbəkəsi və ?Böyük şahinlər? studiyası xalq artisti Nazpəri Dostəliyevanın yeni işıq üzü görən ?Sehir? adlı albomundan bir neçə mahnını qanunsuz olaraq, istehsal etdikləri alboma daxil edib. Nazpəri Dostəliyevanın mətbuat sözçüsü Lent.az-a açıqlamasında məsələ ilə bağlı xalq artistinin vəkili Yunis Əliyevin müvafiq orqanlara müraciət etməyə hazırlaşdığını məlumat verib. Qeyd edək ki, xalq artisti albomla birlikdə piratlara qarşı mübarizə aksiyasına başladığını elan etmişdi. Yaxın günlərdə müğənninin aksiya ilə bağlı geniş layihələri təqdim olunacaq. Hazırda Türkiyədə olan müğənni vətənə döndükdən sonra bu barədə daha geniş açıqlama verəcək.