Seçkiləri müzahidə edəcək Avropa Şurasının nümayəndə heyətinin tərkibi bəlli oldu
Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətinin tərkibi açıqlanıb.
Müstəqil İnformasiya Agentliyi Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətinə Türkiyədən olan deputat Qaya Doğanoğlu başçılıq edəcək. Nümayəndə heyətinə Nigel Mermagen (Böyük Britaniya), İstvan Borbeli (Macarıstan), Dobrika Milovanoviç, Qudrim Mosler-Törnström (Avstriya) daxildir.
Dekabrın 7-8-də Azərbaycana səfəri çərçivəsində qonaqlar seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaqlar. Konqresin müşahidə missiyası seçkilərin gedişini izləmək üçün dekabrın 21-24-də Azərbaycana gələcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51