Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Qasımova vəfat edib
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Çingiz qızı Qasımova 2009-cu il noyabrın 29-da ömrünün 72-ci ilində vəfat edib. Svetlana Qasımova 1938-ci il iyun ayının 11-də Gəncə şəhərində anadan olub.
O, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsi bitirib. Svetlana Qasımova 1969-cu ilədək Bakı Şəhər Partiya Komitəsində təlimatçı, 1969-1971-ci illərdə şöbə müdiri, 1971-1976-cı illərdə isə Bakı Şəhər İcraiyyə Komitəsində sədr müavini olub. O, 1976-1979-cu illərdə Azərbaycan Respublikasının ticarət nazirinin müavini, 1979-1983-cü illərdə ticarət naziri vəzifələrini tutub.
Svetlana Qasımova 1983-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1988-1990-cı illərdə Bakı Şəhər Partiya Komitəsinin katibi seçilib. O, 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər üzrə Komitəsi sədrinin birinci müavini və sədri vəzifələrində çalışıb. O, 1998-ci ildən Mərkəzi Seçki Komissiyasında çalışmağa başlayaraq burada şöbə müdiri, 2000-ci ildən etibarən Mərkəzi Seçki Komissiyası sədrinin müavini işləyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51