Gənc rəssamlar Səttar Bəhlulzadənin 100 yazını qeyd edəcək
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Azərbaycan Rəssamlar
İttifaqının iştirakı ilə gənc rəssamlar arasında 15 sentyabr 2009-cu il tarixindən
xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş ?Lirik mənzərə?
mövzusunda elan etdiyi müsabiqə yekunlaşıb.
Müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı gənclərin Azərbaycanın xalq rəssamı
Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunmasında geniş iştirakının təmin
edilməsi, gənclər arasında Səttar Bəhlulzadə yaradıcılığının və bədii irsinin
təbliğinin genişləndirilməsi və Azərbaycan təsviri sənətinə, mədəniyyətinə və
incəsənətinə marağın artırılması, təsviri sənət sahəsində yeni istedadların aşkar
edilməsi, gənc rəssamların yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsi və
onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasından ibarət idi.
Yaşı 16-29 olan gənclər arasında keçirilən bu müsabiqəyə 130-dan çox gənc qatılıb.
Müsabiqənin şərtlərinə uyğun olaraq iştirakçılar tərəfindən təqdim edilən rəsm
əsərləri təsviri sənətin rəngkarlıq və qrafika janrlarının müxtəlif texnikalarında
işlənmişdir. Ümumilikdə gənc rəssamlar tərəfindən müsabiqəyə 200-dək rəsm əsəri
təqdim edilib.
Müsabiqə Səttar Bəhlulzadənin yaradıcılığına ithaf edilir və ?Lirik mənzərə? mövzusu
üzrə aparılır. Məhz lirik mənzərələr, təbiət motivləri Səttar yaradıcılığının
əsasını təşkil etdiyi üçün müsabiqə əsnasında bu janra üstünlük verilib.
Müsabiqə qaliblərinin müəyyənləşdirilməsi tərkibi Gənclər və İdman Nazirliyi
tərəfindən təsdiq olunmuş Münsiflər Heyəti tərəfindən həyata keçirilmişdir.
Münsiflər Heyətinin tərkibinə Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli
İbrahimov, Rəssamlar İttifaqının gənc rəssamlar və sənətşünaslar birliyinin sədri
Əsmər Nərimanbəyova, sənətşünas Lalə Eldarova, rəssam Namiq Məmmədov, rəssam Elnur
Mahmudov daxildir.
Münsiflər heyəti tərəfindən hər iki nominasiya - rəngkarlıq və qrafika
nominasiyasında I, II və III yer üzrə qaliblər seçilmişdir. Bundan əlavə 6 gənc
rəssam həvəsləndirici diplomlarla təltif olunmuşdur.
Rəngkarlıq nominasiyasında Haqverdiyev Butunay I yer, Həsənov Elnur II yer, Talıbov
İlqar III yer Qrafika nominasiyasında isə Məmmədova İnarə I yer, İbrahimova Leyla II
yer, Rzayeva Nərminə III yer üzrə qalib elan ediliblər.
Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması noyabr ayının 26-da saat
16.00-da keçirilən yekun sərgidə elan ediləcək. Tədbir Muzey Mərkəzində olacaq.
Müsabiqə qalibləri Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş mükafatlar,
hədiyyə və Fəxri Fərmanalr ilə təltif edildilər. 3 gün davam edəcək sərgi noyabr
ayının 26, 29, 30 tarixlərində tamaşaçılar üçün açıq olacaq. Müsabiqədə iştirak edən
rəsm əsərləri sərgiyə həsr olunmuş kataloqda nəşr edilmişdir.
Bütün müsabiqə iştirakçıları Gənclər və İdman Nazirliyi tərəfindən şəhadətnamələr
ilə təltif ediləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47