baycan Respublikasının prezidenti İlham Əliyevin 25 noyabr 2009-cu il tarixli sərəncamına əsasən Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı adlandırılıb. Akademik Həsən Əliyev adına parkının ərazisi Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğu (3139,0 hektar), habelə Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 hektar) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının (27131,0 hektar) torpaqları hesabına əlavə olunan xəritədə göstərilmiş cəmi 30666,4 hektar genişləndirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinə üç ay müddətində qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.