Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva dünən ?Sevgi dünyamız? adlı mahnısına klip çəkdirib. Show.az xəbər verir ki, müğənni 2009-cu ilin uşaq ili olduğunu nəzərə alaraq, yeni klipini uşaqlara hədiyyə edib. Belə ki, xalq artisti keçmiş Moskva kinoteatrının pavilyonunda uşaqların əhatəsində öz klipini çəkdirib. Qeyd edək ki, Cəlal Qurbanovun sözlərinə Gövhər Həsənzadənin yazdığı ?Sevgi dünyamız? adlı mahnının klipini Nail Naiboğlu çəkib. Klip yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək!