Ədliyyə Nazirliyi Aydınlar Partiyasını dövlət qeydiyyatına alıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Aydınlar Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Partiyanın qeydiyyat şəhadətnaməsi Q.Əlibəyliyə bu gün təqdim olunub. Partiya isə Ədliyyə Nazirliyinin noyabrın 19-da keçirilən Kollegiya iclasında qeydə alınıb. Qeyd edək ki, Aydınlar Partiyasının təsis qurultayın ötən il dekabrın 14-də keçirilib və partiyanın sədri keçmiş millət vəkili Qulamhüseyn Əlibəylidir.