Noyabrın 26-da Azərbaycan Dövlət Neft Akademiyasında ?İtirilmiş hisslər? adlı tamaşa göstəriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tamaşanın rejissoru adıçəkilən Akademiyanın Neft Mexanika Fakultəsinin dördüncü kurs tələbəsi Elmin Bədəlovdur. Qeyd edək ki, narkomaniyaya qarşı təbliğat xarakterli tamaşa narkomanların ağrılı həyatlarından, onların düşdüyü zülümlərdən, narkotikin insan orqanizminə və cəmiyyətə gətirdiyi bəlalardan bəhs edir. Onu da bildirək ki, tamaşanın səhnə tərtibatı Arzu Hüseynovaya, musiqi tərtibatı Kərəm Kərimova aiddir. Rolları gənc aktyorlar Elmin Bədəlov, Xəyalə Meydanova, Rəyasət Şaxverdiyev, İlkin Babayev ifa edəcək.