Moldovalı idmançı qaydasız döyüzdə aldığı zərbədən dünyasını dəyizdi
Qaydasız döyüşdə iştirak edən moldovalı Vitali Mıtsu K-1 üzrə Dünya Qran-prisinin üçqat qalibi Semmi Şiltlə görüşdən sonra ölüb.
Lent.az-ın Rumıniyanın ?Gardianul? nəşrinə istinadən verdiyi məlumata görə, insident noyabrın 19-da Buxarestdə baş verib.
İctimaiyyət isə yalnız bundan 5 gün sonra xəbər tutub. Şahidlərin sözlərinə görə, 22 yaşlı Mıtsu Şiltin dizlə sinəsinə vurduğu zərbədən sonra döşəməyə yıxılıb. Həkimlər bir saat ərzində idmançını reanimasiyaya çatdırmaq istəsələr də, onların səyləri uğursuz alınıb.
Yarılma nəticəsində Mıtsunun kəskin interstitsional pnevmoniyadan əziyyət çəkdiyi müəyyənləşib. Həkimlər Şiltin endirdiyi zərbənin ölümcül təsirini istisna ediblər. Bununla yanaşı, mütəxəssislərin apardıqları testlər Mıtsunun narkotik qəbul etdiyini də göstərib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11