Ramal Hüseynov: ?Qızda ?Standard?dan ayrılacam?
?Böyükağa müəllimlə söhbətimiz oldu. Ən azından dekabrın sonuna kimi karyeramı ?Standard?da davam etdirəcəm. Yəni, baş məşqçi ilə aramızda heç bir problem yoxdur və artıq məşqlərdə iştirak edirəm?.
Qol.Az-ın məlumatına görə, bu sözləri hazırda Sumqayıtın ?Standard? klubunun şərəfini qoruyan Ramal Hüseynov deyib. ?Olimpik-Şüvəlan?la çempionat matçında qırmızı vərəqə aldığı üçün baş məşqçi Böyükağa Hacıyev tərəfindən komandadan qovulan, lakin, sonradan yenidən əfv olunan Hüseynov istənilən halda ?Standard?dan ayrılacağını bildirib: ?Klubdan ayrılsaydım belə, bu dəqiqə özümə klub tapa bilməyəcəkdim. Çünki, transfer pəncərəsi bağlıdır. Lakin qışda ?Standard?ı tərk etməyi düşünürəm və karyeramı başqa komandada davam etdirəcəm?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11