Prezident ilham Əliyev Rusiyaya izgüzar səfərə yollanıb
Prezident İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Dmitri Medvedyevin dəvəti ilə bu ölkənin Ulyanovsk şəhərinə işgüzar səfərə yollanıb. Dövlət başçısını Bakının hava limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Ulyanovskda rusiyalı həmkarı Dmitri Medvedevlə görüşəcək. Bu görüşdə enerji sahəsindəki əməkdaşlığın genişləndirilməsi və Qarabağ nizamlanması ilə bağlı məsələləri müzakirə ediıəcək. "İnterfaks" agentliyi bu barədə Kremldəki mənbəyə istinadən yayıb. Həmçinin prezidentlər Ulyanovskda dünya və regional problemləri müzakirə edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50