Noyabrın 24-də Rusiyaya gedəcək Azərbaycan prezident İlham Əliyev Ulyanovskda rusiyalı həmkarı Dmitri Medvedevlə görüşəcək. Bu görüşdə enerji sahəsindəki əməkdaşlığın genişləndirilməsi və Qarabağ nizamlanması ilə bağlı məsələləri müzakirə ediıəcək. "İnterfaks" agentliyi bu barədə Kremldəki mənbəyə istinadən yayıb. Həmçinin prezidentlər Ulyanovskda dünya və regional problemləri müzakirə edəcək.