Türkiyənin TRT-Avaz telekanalında çalışan Azərbaycanın əməkdar artisti Azərinin vətənpərvərlik mövzusunda olan mahnılardan ibarət albomu işıq üzü görəcək. Müğənni bildirib ki, 16 mahnıdan ibarət albomun satışı türkdilli dövlətlər üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, albomun hazırlıq işlərinin yaxın vaxtlarda başa çatması gözlənilir.