AMiP digər müxalifət partiyaları ilə əməkdazlıq etməyəcək
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bələdiyyə seçkiləri ilə bağlı hər hansı partiya ilə əməkdaşlıq etmək niyyətində deyil. Bu bərədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bildirib ki, hər hansı müxalifət partiyasının bütün seçki dairələrində namizəd irəli sürəcəyini düşünmür və əməkdaşlıq üçün də səmimi münasibətin gərəkli olduğunu vurğulayıb:
?Biz heç vaxt əməkdaşlıq xətrinə əməkdaşlıq etməmişik. Hər halda istəyirik ki, qurduğumuz əməkdaşlıq möhkəm olsun. 2003-cü ilin prezident seçkilərində AXCP Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi üçün guya bizimlə birlikdə ?Qələbə? bloku yaratdı. Amma məsələ konkret işə qalanda, onlar AMİP-i müdafiə etmədilər. Biz belə əməkdaşlıqdan çəkinirik və acı nəticələrini götürmüşük?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51