Noyabrın 25-də ?2010-cu ilin dövlət büdcəsi haqqında? qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Milli Məclisdən Müstəqil Informasiya Agentliyinə verilən məlumata görə, parlamentin növbəti iclası iki gün sonra keçiriləcək. İki gün sonra keçiriləcək iclasda gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olunacaq. Qeyd edək ki, ?2010-cu ilin dövlət büdcəsi haqqında? qanun layihəsinin müzakirəsi noyabrın 13-də başa çatıb, deputatların təkliflərinin dəyərləndirilməsi üçün hökumətə on gün vaxt verilmişdi.