Dağlıq Qarabağ münaqişəsi yaxın zamanlarda öz həllini tapa bilər. Belə bir bəyanatla amerikalı ekspert Ariel Koen çıxış edib. O, problemin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətini ikinci dərəcəli hesab etdiyini söyləyib. ?Biz hazırkı mərhələdə Vaşinqton və Moskva, eləcə də avropalılarla Paris arasındakı mövqelərdə böyük yaxınlaşma müşahidə edirik. Amma mənə elə gəlir ki, real sıçrayış yalnız Azərbaycan və Ermənistan elitaları müvafiq qərar qəbul etdikdən sonra olacaq. Bu daha vacibdir, Minsk qrupunun həmsədrləri isə ikinci dərəcəli məsələdir. Əgər Serj Sarkisyan və İlham Əliyev arasında razılaşma olsa, məsələ həll olunacaq?, - deyə amerikalı ekspert bildirib.