Bədii Tərcümə Mərkəzi maliyyə çatışmazlığı problemi ilə üzləşib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə qurumun rəhbəri yazıçı Afaq Məsud məlumat verib. Afaq xanım bildirib ki, təşkilat hazırda hansısa iş üzərində işləmək qüvvəsində deyil: ?Amma bir müddət əvvəl ?Xəzər? jurnalının birinci nömrəsini hazırlayıb çap etmişik. Onu da borc-xərclə. Heç kimə qonorar da verə bilməmişik?. Xatırladaq ki, bir müddət əvvələ kimi Bədii Tərcümə Mərkəzinin büdcəsi Azərbaycan Yazıçılar Birliyinin büdcəsi hesabına formalaşırdı.