Mənsum ibrahimov və Aygün Bayramova, gənc xanəndə Elməddin ibrahimli Londonda konsert verəcək
Azərbaycanın xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova, gənc xanəndə Elməddin İbrahimli Böyük Britaniyanın paytaxtı Londonda konsert proqramı ilə çıxış edəcəklər.
Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan konsert noyabrın 21-i və 22-i baş tutacaq. Konsertin ikinci günü azərbaycanlı ifaçıları London Simfonik Orkestri müşayiət edəcək.
Noyabrın 21-də konserti musiqiçilər Elçin Həşimov və Elnur Əhmədli müşayiət edəcək. London Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə isə orkestrə Yalçın Adıgözəlov dirijorluq edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47