Prezident ilham Əliyev Ucar-Yevlax avtomobil yolunun açılız mərasimində iztirak edib
Noyabrın 19-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ?İpək yolu?nun bir hissəsi olan Ucar-Yevlax avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində iştirak edib. Nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib ki, 52,5 kilometrlik bu yol Bakı?Ələt-Qazax-Gürcüstan dövlət sərhədi yolunun bir hissəsidir. Bu yol Göyçay-Zərdab yolunun Ucar hissəsindən başlayaraq Yevlaxda başa çatır. Prezident İlham Əliyev rəmzi açılışı bildirən qırmızı lenti kəsib. Rayon icra hakimiyyətinin başçısı Elmar Vəliyev Yevlaxda ? Kürün sahilində yaradılan bulvar kompleksi və inşa olunan mehmanxana binası barədə məlumat verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19