Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyi ilə əlaqədar paytaxtda keçirilən beynəlxalq musiqi festivalına yekun vurulub. Mədəniyyət və Turizm İdarəsinin verdiyi məlumata görə, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında festivalın bağlanışına həsr olunmuş simfonik konsert proqramı təqdim edilib. Festival çərçivəsində gənc bəstəkarlar arasında keçirilən ?Ən yaxşı konsert pyesi? adlı müsabiqənin nəticəsi də elan edilib. Belə ki, Rüfət Xəlilovun simfonik orkestr üçün ?Rapsodiya? əsəri Beynəlxalq Musiqi Festivalının qalibi adına layiq görülüb.