Müsavat bazqanı Isa Qəmbərin ispaniya səfəri davam edir
Avropa Liberal Demokrat Islahat Partiyalari Ittifaqının növbəti qurultayında iştirak etmək üçün İspaniyanın Barselona şəhərinə gedən Müsavat başqanı Isa Qəmbərin səfəri davam edir.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Barselonada Ittifaqa daxil olan partiyaların öz ölkələrind fəaliyyəıt təcrübələri barədə müzakirələr aparmaq məqsədi ilə qurultay ərəfəsində, 18 noyabrda, konfrans keçirilib.
Konfransda Isa Qəmbər də çıxış edib. O, Azərbaycanda ictimai-siyasi vəziyyət, azadlıqların məhdudlaşdırılması, siyasi məhbuslar, o cumlədən məhbus jurnalist ve bloggerler haqda, Müsavat Partiyasının və digər demokratik qüvvələrin fəaliyyəti və probləmləri, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələlər barədə danışıb.
Müsavat başqanı ALDIP Ittifaqının rəhbərləri və bir sıra Avropa ölkələrinin siyasi partiya liderləri ilə görüşləri də davam edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51