Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə rəsmi səfərə dəvət olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərlə söhbətində deyib. Səfir bildirib ki, nazirin səfərinin bu ilin sonuna qədər baş tutacağı gözlənilir.