Prezident Administrasiyasının önündə etiraz aksiyası keçiriləcək
Milli Qurtuluş Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib. MQP-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda ölkədəki siyasi durum, bələdiyyə seçkisinin ilkin mərhələsi, bloggerlər Emil Milli ilə Adnan Hacızadənin barəsində çıxarılan hökm, müxalifətin yeni birlik formatı ətrafında müzakirələr aparılıb.
MQP başqanı Vüqar Bəyturanın verdiyi məlumata görə, partiyanın Siyasi Şurası bələdiyyə seçkisinin rəqabətsiz, suni, seçkiyə bənzəməyən formada gedişindən təəsüfləndiyini bildirib, elə buna görə də seçicilərin bu prosesə maraq göstərmədiyindən seçkinin daha çox təyinat xarakteri daşıyacağını vurğulayıb. MQP rəhbərliyi gənc bloggerlərin barəsində çıxarılan hökmü ədalətsiz sayaraq, onların azadlığa buraxılmasını tələb edib və bu tələblə 28 noyabr tarixində saat 15:00-da Prezident Administrasiyası önündə etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Bununla əlaqədar yaxın günlərdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunması MQP Gənclər Təşkilatına tapşırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51