Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Norveç Krallığının miqrasiya xidmətinin əməkdaşları Hans Arne Kjelsas və Ayselin Ring Hanseni onların xahişi ilə qəbul edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADP-nin mətbuat xidmətindən məlumat daxil olub. Görüşdə ölkədə siyasi vəziyyət, partiyanın baş verən ictimai-siyasi hadisə və proseslərə münasibəti, ölkələrimiz arasında miqrasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da iştirak edib.