Noyabrın 20-də Azərbaycan Milli Məclisinin (MM) xüsusi plenar sessiyası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, xüsusi iclas BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr olunub. Məlumat üçün bildirək ki, bu il noyabrın 16-17-də Bakıda Milli Məclisin, BMT-nin Uşaq Fondunun (UNİCEF) və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkilatçılığı ilə ?Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi? mövzusunda beynəlxalq konfrans da keçirilib.