İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına üzv olan ölkələrin növbəti sammiti keçirilib. Sammitə 190 ölkənin nümayəndələləri qatılıb. 90 ölkəni isə bu ölkələrin yüksək vəzifəli nümayəndələri təmsil edib. Qonaqlar arasında İtaliya və Türkiyənin baş nazirləri Silvio Berluskoni və Rə?əb Tayyib Ərdoğan da olublar. Ölkəmizi bu sammitdə kənd təsərrüfatı naziri İsmət Abbasov təmsil edir. Türkiyə mətbuatının verdiyi məlumata görə, sammitin gedişində Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Türkiyənin baş naziri Rə?əb Tayyib Ərdoğanla görüşüb. Görüş zamanı arasında kənd təsərrüfatı sahəsində geniş fikir mübadiləsi aparılıb.