Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı başlayıb. MSK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, artıq bir sıra QHT-lər müşahidəçiliklə bağlı quruma müraciət ediblər. Bundan əlavə bəzi vətəndaşlar da öz təşəbbüsləri ilə müstəqil şəkildə seçkiləri izləmək üçün MSK-ya ərizə təqdim ediblər. Qeyd edək ki, müşahidəçilərin qeydiyyatı MSk-da dekabrın 23-nə qədər davam edəcək.