Bu ilin 9 ayında Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1,4% artaraq 1 milyon 298 min 900 nəfərə çatıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, pensiyaçıların 65%-i yaşa, 24%-i əlilliyə, 11%-i isə ailə başçısının itirilməsinə görə pensiya alır. Pensiyaçıların 1,4%-ni bu ilin 9 ayında ilk dəfə qeydiyyata alınmış və pensiya ilə təyin olunmuş şəxslər təşkil edir. Pensiyaların orta aylıq məbləği ötən ilin 9 ayı ilə müqayisədə 5% artaraq 99,93 manata çatıb və orta aylıq əmək haqqının 34%-ni təşkil edib.