gn=left]2010/mezahir-penahov.jpg[/libt] Bələdiyyə seçkiləri ilə bağlı 30 minə yaxın şəxsin namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, qeydiyyata alınma prosesi sakit və qanuna tam riayət olunmaqla həyata keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, M.Pənahov deyib ki, son qeydiyyata alınma mərhələsində Mərkəzi Seçki Komissiyasına heç bir müraciət daxil olmayıb. MSK sədri bələdiyyə seçkilərində qadınların fəal iştirakını da xüsusi qiymətləndirib və bildirib ki, bu ilki seçkidə qadınlar kifayət qədər təmsil olunurlar.