Viza rejimininin ləğvi ilə bağlı iranın Azərbaycan tərəfinə rəsmi məlumatı daxil olmayıb
Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi gündəmdə olan məsələdir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Amma Türkiyə mətbuatında yazıldığı kimi, yaxın günlərdə Elmar Məmmdəyarovun həm də bu məqsədlə qardaş ölkəyə səfərini təkzib edib: ?Bu məsələ müzakirə olunur. Ancaq cənab nazirin Türkiyəyə səfəri nə zaman olacaq və səfər zamanı imzalanacaq hansısa sənəd barədə hələki məndə məlumat yoxdur?.
İran İslam Respublikasının Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv etməsinə gəlincə, E.Poluxov deyib ki, hələki bu barədə İran tərəfindən Azərbaycan tərəfinə rəsmi məlumat daxil olmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50