Türkiyənin ünlü sənətçisi Rafet El Roman yenə Bakıya gəlir. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə İdman və Konsert Kompleksinin mətbuat xidmətindən verilib. Qeyd edək ki, sözügedən konsert layihəsi noyabrın 29-da baş tutacaq. Mədəniyyət ocağından onu da bildirdilər ki, bu dəfəki gəlişində Rafet El Roman repertuarında olan mahnılarla yanaşı, yeni mahnılara da üstünlük verəcək.