Millət vəkili ünvanlı sosial yardım prosesində rüzvət alan məmurların cəzalandırılmasını istəyir
gn=left]2010/refael-cebray__lov-deputat.jpg[/libt]
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti ilə bağlı çıxışında millət vəkili Rəfael Cəbrayılov ünvanlı sosial yardım məsələsinə toxunub.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, R.Cəbrayılov bildirib ki, ünvanlı sosial yardımla bağlı qanunun qəbulu Azərbaycanın sosial-iqtisadi inkişafında göstərilən ən böyük xidmətlərdən biridir: ?Ancaq təəssüf edirəm ki, ünvanlı sosial yardımların verilməsi ilə bağlı ciddi problemlər var. Yerlərdə məmurlar özbaşınalıqlara yol verir, korrupsiya halları mövcuddur. Hesab edirəm ki, dövlətin siyasətinə gölgə salmaq istəyən məmurlar cəzalandırılmalıdır. Təklif edirəm ki, Dövlət Sosial Müdafiə Fondu bu məsələyə ciddi yanaşsın. Çünki bizə yerlərdən bununla bağlı çox ciddi siqnallar daxil olur?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51