Bu gün Türkiyə parlamentində bütün "açılımlar" müzakirə ediləcək
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcək. Türkiyə mətbuatının məlumatına görə, baş nazir çıxışında kürd, erməni və ələvi açılımları ilə bağlı məlumat verəcək. Ərdoğanın çıxış zamanı "erməni açılımı"nın Türkiyənin imicinə müsbət təsir edəcəyini söyləyəcəyi bildirilir.
Yerli vaxtla saat 13.00-da (Bakı vaxtı ilə saat 15.00) keçiriləcək iclasda liderlər çıxış edəcək. Müzakirələr üçün hökumətə və partiya qruplarına 60, təklif hazırlayanlara isə 30 dəqiqə çıxış müddəti veriləcək. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə müzakirələr səbəbi ilə bu gün keçiriləcək bütün tədbirlərini təxirə salıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50