Azərbaycanın valyuta ehtiyatları və Neft Fondunun vəsaitləri tükənir
?Dünyada davam edən iqtisadi böhranın təsirləri ölkəmizdə ildən-ilə daha aydın görünür. Azərbaycanın neft gəlirlərindən kənarda ölkənin daxil olmaları, büdcə qarşısında öhdəliklərin yerinə yetirilməməsi, nəticə etibarı ilə valyuta ehtiyatlarının tükənməsinə gətirib çıxarır?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında iqtisadçı-ekspert Məhəmməd Talıblı Mərkəzi Bankın sədri Elman Rüstəmovun Azərbaycanın gələn il valyuta ehtiyatlarının 20 milyard manatı keçəcəyi ilə bağlı fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, icmal büdcənin tərkib hissəsi olan Neft Fondunun vəsaitləri tükənib: ?Bank sektorunda əmanətlərin qoyulmasında kifayət qədər azalmalar mövcuddur. Bundan əlavə, bankların dövriliyində aşağı düşmə tepləri var. Ona görə də ölkənin valyuta ehtiyatlarının bu qədər artması və heç bir böhrana məruz qalmaması xeyli şübhəli məqamlar yaradır. Hökumətin rəsmi nümayəndələri hər vəchlə çalışırlar ki, ziyanı minimumlaşdırsınlar. Əgər Azərbaycan böhrandan əziyyət çəkməsəydi, büdcədə 2 milyardan artıq büdcə kəsiri gözlənilməzdi. Büdcə qarşısında vergi borcu olan biznes subyektləri həmin öhdəliyi yerinə yetirə bilmirlər. Hətta ən rentabilli qurum olan ARDNŞ-in özü büdcə qarşısında tələb olunan vergi öhdəliklərini yerinə yetirə bilmədi. Ona görə də nikbin bəyanatların səsləndirilməsi çox gülüncdür?.
İqtisadçı-ekspert onu da bildirib ki, 20 milyard manatın özü o qədər də böyük rəqəm deyil: ?Nəzərə almaq lazımdır ki, Azərbaycanın valyuta ehtiyatlarının bir qismi artıq xarici idarəetməyə verilib. İdarəetmədən cüzi vəsaitin, o cümlədən dividentlərin və pul faizlərinin daxil olması ölkə büdcəsində görünməli idi. Ona görə də hökumətin bu cür yanaşması reallığı əks etdirmir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19