Məlum olduğu kimi, Səbayel Rayon Məhkəməsi dünən keçirilən iclasında gənc bloqçular- Emin Abdullayev və Adnan Hacızadə barədə müvafiq olaraq 2 il 6 ay və 2 il müddətində azadlıqdan mərhum etmə hökmü çıxarıb. AMİP Mətbuat və Təbliğat Katibi Əli Orucov bunula bağlı Müstəqil İnformasiya Agentliyinə verdiyi açqlamada bildirib ki, məhkəmənin çıxartdığı azadlıqdan mərhum etmə hökmü ədalətli deyil. AMİP yetkilisi hesab edir ki, məhkəmə gənc bloqçuların cinayət işinə obyektiv baxmayıb və ciddi araşdırma aparmayıb, verdiyi hökm isə həddindən artıq dərəcədə ağırdır: "Ümid edirəm ki, növbəti məhkəmə instansiyasının gənc bloqçular - A.Hacızadə və E.Abdullayev barədə çıxaracağı qərar ədalətli və obyektiv olacaq?.