YAP-çı deputat ABŞ Dövlət Departamentinin mövqeyini haqlı saymır
ABŞ Dövlət Departamenti gənc liderlər Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsinə münasibətini açıqlayıb. Belə ki, ABŞ məhkəmənin belə bir qərar çıxarmasını təəssüflə qarşılayıb: ?Qeyri-şəffaf istintaq, qapalı keçirilən məhkəmə dinləmələri, qeyri-mütənasib ittiham, hücum edənlərin saxlanılmaması və məsuliyyətə cəlb edilməməsi polisin və məhkəmə hakimiyyətinin müstəqilliyinə şübhə doğurur, həmçinin Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasından narahatlıqları gücləndirir?.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə isə ABŞ Dövlət Departamentinin bu sünasibətinə Müstəqil İnformasiya Agentliyinə açıqlasında deyib ki, məhkəməyə qeyri-professional qiymət verilməsi düzgün deyil: ?Eyni zamanda məhkəməni siyasiləşdirmək və məsələyə siyasi mövqe verməyin özü düzgün deyil. ABŞ Dövlət Departamenti bizə dost olan ölkənin nüfuzlu dövlət orqanıdır. Amma təəssüf ki, burada siyasi mövqe var. Məhkəmə araşdırmasının mahiyyətini götürmədən, onun müstəqil qurum olduğunu nəzərə almadan qiymət vermək düzgün olmazdı. O ki qaldı başqa ölkənin məhkəmə orqanına qiymət verməyə çalışmağa, bu da yolverilməzdir. Məhkəmənin ədalətli aparılmasını istəmək olar. Ancaq məhkəmənin qərarını siyasi cəhətdən qiymətləndirməyi düzgün saymıram?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51