Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Türkiyədə edilən cərrahi əməliyyatdan sonra evə buraxılıb. Zəlimxan Yaqub Müstəqil informasiya Agentliyinə deyib ki, özünü əməliyatdan sonra yaxşı hiss edir: ?Allaha şükür olsun ki, yaxşıyam. Amma həkimlər bir müddət işə çıxmamağı məsləhət görüblər. Odur ki, səhhətim və aşıq sənətinin inkişafı üçün mütləq həkimlərin dediklərinə riayət etməliyəm?. Xalq şairi bildirib ki, noyabrın 30-da Heydər Əliyev Sarayında Azərbaycan aşıqlarının möhtəşəm konsert layihəsi keçiriləcək: ?Əməliyyatdan sonra ilk gedəcəyim konsert o olacaq. Möhtəşəm çıxışla tədbiri açmalıyam. Təbbi, aşıq deyiləndə Zəlimxan Yaqub yada düşür?.