27 mezə mühafizəçisi tutduqları vəzifədən azad edilib
Mövsümlə əlaqədar olaraq meşələrin qanunsuz qırılmasına nəzarət gücləndirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, mütəmadi olaraq, meşələrin qanunsuz qırlımasına qarşı reydlər keçirilir:
?Qanunsuz ağac kəsmə hallarına qarşı ciddi tədbirlər görülür. Təsadüfi deyil ki, son iki ayda apardığımız reydlər zamanı işlərində yol verdikləri nöqsanlara görə, 27 nəfər meşə mühafizə xidməti işçiləri tutduqları vəzifədən azad ediliblər. Eyni zamanda qış mövsümü başlamaq üzrədir. Buna görə də Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, cari mövsüm üçün 64 min kub metr oduncaq tədarükü planlaşdırılıb. Hesab edirik ki, bu tədarük meşə qırılmalarının qarşısını almaqda böyük rol oynayacaq?.
S.Salmanov deyib ki, qanunsuz yolla meşə qırmalarına Daşkəsən, Gədəbəy, Lerik bölgələrində daha çox təsadüf edilir: ?Bu cür hallarda inzibati qaydada cərimə aktları tərtib olunur. Əgər işin tərkibində cinayət varsa, məsələyə hüquq mühafizə orqanları müdaxilə edir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19