Milli Məclisin deputatları Siyavuş Novruzovla Qüdrət Həsənquliyev noyabrın 12-dən 18-dək Böyük Britaniyada səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər Edinburq şəhərində keçiriləcək NATO Parlament Assambleyasının 55-ci illik sessiyasında iştirak etmək məqsədi daşıyır. Sessiyada qurumun Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya komitələrinin üzvləri, həmçinin müxtəlif ölkələrdən dəvət olunan nümayəndələr iştirak edəcəklər. Tədbirdə Avroatlantik məkanda təhlükəsizlik çağırışları, kütləvi iqlim dəyişikliyi, Mərkəzi Asiyada enerji istehsalı, qlobal maliyyə-kommersiya böhranı və digər məsələlər müzakirə ediləcək.