Mərhum muğam ifaçısı Mütəllim Mütəllmovun 100 illik yubileyi keçiriləcək. Bu bərədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Muğam Teatrının direktoru Arif Qazıyev verib. A.Qazıyevin sözlərinə görə, sözügedən yubiley dövlət sifarişi xarakteri daşıyacaq: ?Mədəniyət və Turizm Nazirliyindən bizə məlumat verdilər ki, mərhum xanəndə Mütəllim Mütəllimovun 100 illik yubiley mərasimi keçirilməlidi. Hazırda həmin yubileyə hazırlıq işləri gedir. Çox güman ki, dövlət səvəiyyəsində baş tutacaq bu yubileydə tanınmış muğam ifaçıları üstünlük təşkil edəcəklər?. Direktor bildirib ki, yubiley mərasimi dekabr ayında baş tutacaq.