23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək qərarı verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilat şöbəsinin müdiri, partiyanın Nərimanov rayon şöbəsinin rəhbəri Xəzər Teyyublunun 20 saylı Seçki Dairəsindən Nərimanov bələdiyyəsi üzvlüyünə namizədliyi artıq qeydiyyata alınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən X.Teyyublunun sözlərinə görə, bu gün DSK onun namizədliyini qeydiyyata alıb və namizədlik vəsiqəsi təqdim olunub. Qeyd edək ki, Milli Azadlıq Hərəkatında fəal iştirak edən KXCP təşkilat şöbəsinin müdiri işləməklə yanaşı, ?Ölkə? qəzetinin təsisçisidir.