Köçkünlərə 5 ay müddətində ağ neft veriləcək
Qış mövsümü ilə əlaqədar olaraq qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş ağ neftin verilməsinə artıq oktyabr ayının 1-dən başlanıb. Ağ neftin verilməsi 5 ay müddətində davam edəcək.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib. S.Hüseynov bildirib ki, verilən ağ neft hər ailə üçün 40 litr nəzərdə tutulub.
S.Hüseynovun fikrincə, qaçqınlar və məcburi köçkünlər üçün verilən ərzaq yardımı 2008-ci ildən dayandırılıb: ?Dünyanın münaqişəli bölgələrində adətən 3 il, müstəsna hal olarsa, 5 il yardım göstərilir. Azərbaycanda isə BMT-nin ərzaq proqramı üzrə 15 il yardım göstərilib?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19