AFFA Berti Foqtsla müqaviləni uzatdı
Futbol üzrə Azərbaycan milli komandanın baş məşqçisi Berti Foqtsla müqavilə uzadılıb. Lent.az-ın məlumatına görə, bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayevin Foqtsla görüşündə razılıq əldə olunub.
Abdullayev almaniyalı mütəxəssisin yığmamıza baş məşqçi təyin olunduğu 2008-ci ilin aprelindən indiyə qədərki fəaliyyəti barədə hesabatını və gələcək üçün fəaliyyət proqramını dinləyib. Müzakirələrdən sonra Berti Foqtsun milli komandanın baş məşqçi kimi fəaliyyəti 2 il müddətinə uzadılıb. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11