Futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qatıldığı beynəlxalq turnirdə ilk oyununu keçirib. Lent.az-ın məlumatına görə, yığmamız Asiya çempionu İraqla qarşılaşıb. Qarşılaşma boyunca xeyli qol imkanını əldən verən komandamız sonda məyus olub. 87-ci dəqiqədə Bassam Abbas İraq millisinin qələbə topunu vurub ? 1:0. Digər görüşdə Çexiya BƏƏ-yə penaltilər seriyasında uduzub. Oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə nəticələnib. Penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri 3:2 hesablı qələbə sayəsində finala vəsiqə qazanıblar. Noyabrın 18-də keçiriləcək finalda BƏƏ ilə İraqla üz-üzə gələcək. Bakı vaxtı ilə saat 16:45-də start götürəcək 3-cü yer uğrunda matçda isə yığmamız Çexiyaya rəqib olacaq.